Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Daily Mail”də dərc olunan məqaləsində ABŞ-ın keçmiş prezidenti Donald Trampla apardığı danışıqlardan bəhs edib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, digər respublikaçılar Ukrayna haqqında nə desələr də, Tramp “reallığı anlayır”.

“Ukraynanın məğlubiyyəti Amerika üçün böyük məğlubiyyət olardı”, - Conson “The Daily Mail” üçün məqaləsində yazıb.

O, Rusiyanı 2022-ci il sərhədlərinə geri çəkilməyi və Ukraynaya Aİ və NATO-ya daxil olmaq imkanı verməyi təklif edib və bunun üçün britaniyalı siyasətçinin fikrincə, Kiyevə lazımi silahları və onlardan istifadə etmək üçün bütün icazələri vermək lazımdır.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, Trampın dövründə Aİ Ukraynaya dəstək vermək üçün daha çox yükü daşıyacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN