“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində, Göyçay çayının sahilində, Kəlbəcər rayonu Tutqun çayı ətrafında, Ağdam rayonu Quzanlı kəndi və Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində iməciliklər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının, yerli suvarma sistemləri idarələrinin nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyaların məqsədi ətraf mühitin qorunması, ekosistemin sağlamlığının təmin edilməsi, eyni zamanda ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün utilizasiyasına dair məlumatlandırmanın təmin edilməsidir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN