Baydenin seçki yarışından geri çəkilməsinə səbəb sosial sorğuların nəticələri olub.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, Baydenin köməkçiləri ona ictimai rəy sorğularının nəticələri barədə məlumat veriblər. Nəticələr onun nəinki seçkiyə qərar verə biləcək bütün altı kritik əyalətdə geridə qaldığını, həm də Demokratların böyük kampaniya resursları xərcləməyi planlaşdırmadığı Virciniya və Minnesota kimi yerlərdə zəiflədiyini göstərib.

“Politico” daha əvvəl yazmışdı ki, Bayden ən yaxın iki məsləhətçisi onu buna inandırdıqdan sonra seçki yarışından çəkilmək qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN