Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdikləri müxtəlif markalı 14 avtomobil müəyyənləşdirilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə edilən 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmin gün paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN