Avropa İttifaqı (Aİ) ölkələri ukraynalılara belə yaşayış şəraiti “qoya” bilər ki, onlar geri qayıtmağa və döyüş əməliyyatlarında iştirak etmək üçün Ukrayna Silahlı Qüvvələrinə (USQ) qoşulmağa can atsınlar.

Tezadlar.az bunu RMF 24 radiosunun efirində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Aİ ölkələri Ukraynaya səfərbərlikdə kömək etməlidir, çünki Avropa İttifaqında vətənlərini müdafiə etməyə borclu olan yüz minlərlə potensial çağırışçı var. Hazırda cəmiyyətdə bunu necə etmək barədə müzakirələr gedir. Ukraynalıların Aİ-də qalması üçün onları geri qayıtmağa və Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa məcbur edəcək belə şərtlərin qoyulması mümkündür”, - diplomat bildirib.

Sikorskinin sözlərinə görə, Varşavanın potensial çağırışçıları Ukraynaya məcbur etmək üçün birtərəfli tədbirləri “effektiv olmayacaq”, çünki onlar Polşanı tərk edərək digər Aİ ölkələrinə gedə bilərlər.

İyulun 15-də məlum olub ki, Ukraynada hərbi xidmətə çağırış məntəqələrində səfərbərlikdən möhlət almaq istəyənlərin növbələri yaranıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN