İsrailin baş naziri Binyamin Netanyahunun həyatı da nasist Almaniyasının lideri Adolf Hitlerin həyatı kimi başa çatacaq.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti”-nin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində Qəzza zolağında baş verənlərə görə siyasətçinin məsul olduğunu bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Ankara bir vaxtlar Liviya və Qarabağa girdiyi kimi İsrailə də “daxil ola bilər”. İsrailin xarici işlər naziri İsrael Katz isə cavabında bildirib ki, Türkiyə prezidenti Səddam Hüseynin yolu ilə gedir və İsrailə hücumla hədələyir, lakin onun taleyini xatırlamalıdır.

Ərdoğanın sözlərini şərh edən Fidan deyib ki, Türkiyə prezidenti “bəşəriyyətin vicdanının səsinə” çevrilib və “beynəlxalq sionist dairələr, ilk növbədə İsrail” onları boğmağa çalışır.

“Soyqırım Netanyahunun sonu soyqırımçı Hitlerin sonu ilə eyni olacaq. Fələstinliləri məhv etməyə çalışanlar öz əməllərinə görə soyqırım törədən nasistlər kimi cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin tərəfində olacaq, siz onları məhv etməyəcəksiniz”, - deyə nazir əlavə edib.

Türkiyə Nazirlər Kabinetinin ən azı altı digər naziri İsrail və Katzın sözlərini pisləyən nəşrlər dərc edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN