Ukrayna prezidenti Vladimir Zelenski Xarkov istiqamətində Volçanska gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin irəli komanda məntəqəsi. Volçansk rayonu. Bu gün burada olmaq və SOF əsgərlərimizi peşə günü münasibəti ilə təbrik etmək mənim üçün şərəfdir”, - nəşrdə deyilir.

Qeyd olunur ki, Zelenski Ukrayna hərbçilərinin mükafatlandırma mərasimində iştirak edib. Daha sonra Ukrayna prezidenti Xarkov vilayətinin Derqaçi şəhərinə gedib.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Volçanskın tezliklə rus qoşunlarının nəzarətinə keçəcəyini bildirmişdi. Onun sözlərinə görə, Çeçen Axmat bölməsi şəhər ərazisində uğur nümayiş etdirir və Ukrayna mövqelərinə artilleriya atəşini uğurla həyata keçirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN