İsrail Türkiyə Respublikasını Şimali Atlantika Alyansından çıxarmağa çağırdı.

Tezadlar.az bildirir ki, bu bəyanat bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın təhdidlərindən sonra verilib.

Xatırladaq ki, o, “İsrailə girməyə” hazır olduğunu bəyan etmişdi.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, xarici işlər naziri İsrael Katz İsrailin NATO ölkələrindəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə Türkiyəni pisləmək və onun blokdan çıxarılmasını tələb etmək üçün təmaslara başlamağı tapşırıb.

“Türkiyə prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda xarici işlər naziri İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb, Türkiyəni qınamağa çağırıb və onun regional alyansdan çıxarılmasını tələb edib”, - KİV İsrail Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verib.

Bir gün əvvəl Rize vilayətində hakim partiyanın qərargahında keçirilən görüşdə Ərdoğan ölkəsinin “İsrailə girə biləcəyini” söyləyib. O, ölkəsinin Liviya münaqişəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsində iştirakını xatırladıb və bu siyahıya Fələstin-İsrail münaqişəsinin də əlavə oluna biləcəyi ilə hədələyib.

Bunun ardınca İsrail Xarici İşlər Nazirliyindən cavab gəlib: Ərdoğanın hücumuna cavab verən Katz ona İraq lideri Səddam Hüseynin taleyini xatırladıb. O, onu “İraqda orada baş verənləri və hər şeyin necə bitdiyini xatırlamağa” çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN