Ukraynadakı vəziyyət ABŞ-ı aşağı məhsuldar nüvə silahlarından istifadə etməyə sövq edə və ya “alçaldıcı məğlubiyyətini” etiraf etməli ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern “Dialogue works” YouTube kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya qoşunları Ukraynada Qərb ekspertlərinin gözlədiyindən daha sürətlə irəliləyir və ukraynalılar getdikcə daha çox təslim olurlar ki, bu da Vaşinqton üçün çətin seçimdir.

“Birləşmiş Ştatların alçaldıcı məğlubiyyət və ehtimal ki, aşağı məhsuldar nüvə silahlarından birini atmaq arasında seçimi var” deyən o, qarşıdakı altı ayın həlledici olacağını qeyd edib.

Rey Makqovern də hazırda “Ukraynanın uçuruma doğru sürüşməsi” fikrini ifadə edib.

Bundan əvvəl Vladimir Zelenski Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılmasının zəruriliyini bəyan edib. Lakin 2024-cü ilin martında o, ilk dəfə etiraf etdi ki, Moskva ilə Kiyev arasında sülh danışıqları hətta bu məqamı yerinə yetirmədən də başlaya bilər.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 2024-cü ilin iyulunda Çinə səfəri zamanı Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu açıqlamışdı. Bununla belə, o, danışıqların rasional, praktiki və “ədalətli və davamlı sülhə nail olmaq” məqsədi daşımalı olduğunu deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN