Gürcüstanın baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, eks-prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyası parlament seçkilərində qalib gələrsə, ölkədə Rusiyaya qarşı ikinci cəbhə açıla bilər.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Gürcüstanın Birinci Kanalına müsahibəsində bildirib.

“Mən zəmanət verirəm ki, əgər belə bir nəzəri ssenari təsəvvür edilsəydi, onların burada ikinci cəbhənin açılmasına bir həftə lazım olmazdı”, - Kobaxidze bildirib.

Baş nazir əmindir ki, Milli Hərəkat Partiyasının qayıdışı Gürcüstanın Avropaya inteqrasiya yolunu bağlayacaq. O, həmçinin hesab edir ki, ölkənin Avropada irəliləməsi yalnız “Gürcü arzusu” partiyası ilə mümkündür.

Eyni zamanda, “Gürcü arzusu” ölkədə xarici agentlər haqqında qanun qəbul etdi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə bir qərarın Gürcüstanı Avropadan uzaqlaşdırdığını bildirib. Saakaşvili özü seçkilərin keçirildiyi payızda etiraz aksiyalarına hazırlığa çağırıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN