Vaşinqtonun qarşılıqlı addımlar atması Gürcüstanla ABŞ arasında münasibətlərdə dönüş nöqtəsi olacaq.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu şərti Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, ölkələr arasında münasibətlərdən danışaraq bildirib ki, Tbilisi hazırda gözləmə rejimindədir. Siyasətçi Gürcüstanın onları bərpa etməyə hazır olduğunu da qeyd edib.

“Biz buna tamamilə hazırıq, əsas odur ki, əks addımlar görürük. Qarşılıqlı addımlar atılan kimi bu münasibətlərdə dərhal dönüş olacaq”, - deyə baş nazir bildirib.

Kobaxidze onu da xatırladıb ki, son 3-4 ildə münasibətlər korlanıb.

İyulun 12-də ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Vaşinqtonun Gürcüstana yardımı dondurduğunu bildirib. Bundan əlavə, onun sözlərinə görə, Amerika hakimiyyəti Gürcüstan rəhbərliyinin respublikanın Avro-Atlantik yoluna xələl gətirən hərəkətlərindən narahatdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN