Avqustun 1-dən Gürcüstanda xarici agentlər haqqında qanun qüvvəyə minib.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Qeyd olunur ki, “Xarici təsirin şəffaflığı haqqında” Qanun gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən qeyri-hökumət təşkilatlarını və KİV-ləri Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir. Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan yayınmaq bu halda 25 min lari (doqquz min dollardan çox) məbləğində cərimə ilə nəticələnir.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili deyib ki, hazırda respublikada üç minə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir ki, onların da əksəriyyəti xarici maliyyə hesabına fəaliyyət göstərir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN