Sui-qəsddən sağ çıxan Xalid Meşal Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun yeni rəhbəri və mərhum İsmayıl Haniyənin varisi ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Fələstin hərəkatındakı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

“HƏMAS mənbələri bildiriblər ki, qruplaşmanın ali lideri vəzifəsinə İsmayıl Haniyənin yerinə Məşəlin seçiləcəyi gözlənilir”, - nəşr yazır.

Agentliyin məlumatına görə, Meşal 1997-ci ildə HƏMAS-ın sürgündə olan siyasi lideri olarkən sui-qəsd cəhdindən sağ çıxmaqla məşhurlaşıb. İsrail agentləri Meşal İordaniyadakı ofisinin yaxınlığında olarkən onu zəhərləməyə cəhd ediblər.

HƏMAS Siyasi Bürosunun rəhbəri iyulun 31-nə keçən gecə İsrailin raket hücumu nəticəsində həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN