Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətinə hücumun mümkün ölümcül nəticələrini lazımınca dəyərləndirib.

Tezadlar.az xəbər verir ki, bu fikri “Spiegel” jurnalına müsahibəsində Xarici Əlaqələr üzrə Avropa Şurasının eksperti Qustav Qressel deyib.

Analitikin fikrincə, Kurskdakı uğursuzluqlar Ukrayna üçün son olacaq. Qressel bildirib ki, Kursk bölgəsində hərbi əməliyyatlar üçün Ukraynadan çoxlu canlı qüvvə və texnika tələb olunacaq və bütün bunlar Donbassda faydalı ola bilər.

Kiyevin Rusiya regionunda uğursuzluğu və Donetsk Xalq Respublikasında məğlubiyyəti Ukrayna hərbi komandirləri üçün çoxlu suallar yaradacaq. Ekspert xəbərdarlıq edib ki, Ukrayna hakimiyyətinin tələsik qərarı ölkənin Silahlı Qüvvələri üçün sonun başlanğıcı olmaq riski daşıyır.

Qressel əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğu Qərb müttəfiqlərinin Ukraynaya onsuz da kiçik olan yardımını təhlükə altına atacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN