“Taliban”  ölkədən qaçan sabiq prezident Əşrəf Qaninin ekstradisiyasını tələb etmir,

lakin onun qaçaqmalçılıq yolu ilə apardığı pulları geri qaytarmaq istəyir.

Bunu Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid  KİV-ə müsahibəsində deyib.

O, bildirib ki, Əşrəf Qani dövlət vəsaitlərini oğurlayıb və biz onların geri qaytarılmasını tələb edirik  - onlar xalqa və banklarımıza aiddir.

Məlumatlara görə, Qani ölkəsini tərk edərkən bir helikopter dolu pul ilə gedib. Lakin keçmiş prezident sentyabr ayında verdiyi açıqlamada ölkədən gedərkən  pul çıxarmadığını söyləyib. O, BMT -nin nəzarəti altında maliyyəsinin yoxlanılmasına və ya rəsmi araşdırmaya  hazır olduğunu qeyd edib.

Xatırladaq ki, "Taliban" Kabilə girdikdən sonra Qani istefaya gedib. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib... Həmçinin BƏƏ-dən xalqa etdiyi videomüraciətdə vətəninə qayıdacağını  vəd edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN