Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki "Mirage" təyyarəsi ölkənin şimal-şərqindəki Mert və Mozel departamentində qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “L'Est Republicain” qəzeti məlumat yayıb.

Xilasetmə əməliyyatı başlayıb. Tələfat və ya təyyarədə olan insanların sayı barədə məlumat yoxdur.

Öz növbəsində, “Agence France-Presse” qeyd edir ki, prefektura qəzaya uğrayan təyyarələrin modeli ilə bağlı məlumatları təsdiq etmir. İnsidentin səbəbləri barədə daha sonra məlumat veriləcək”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN