Ukraynadakı münaqişədə qələbə Rusiya prezidenti Vladimir Putinin əlindədir, Kiyevin Qərb müttəfiqlərində isə buna nail olmaq iradəsi yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşr yazır ki, Qərbin “Ukraynanın şərtləri ilə münaqişəyə son qoymaq” üçün resursları olmasına baxmayaraq, “açıq şəkildə qalib gəlmək iradəsi yoxdur”. Kiyevi dəstəklədiklərini bəyan edən Qərb liderləri münaqişəyə yerli münaqişə kimi yanaşmaqda davam edirlər və bu münaqişədə onların üzərinə çox az öhdəlik düşür. Eyni zamanda, Ukraynada qələbə artıq “Rusiyanın əlindədir” və “gələn il Ağ Evdə kimin olacağından” asılı olmayaraq, - nəşr qeyd edir. Hesablamalara görə, indiyə qədər Qərb ölkələri Ukraynada baş verənləri seyr etməkdə acizdirlər, Rusiya “cəsarətlənir”.

Avqustun 13-də Britaniyanın “Financial Times” nəşri əmin olduğunu bildirib ki, Qərb ölkələri ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Ukraynanı Rusiya Federasiyası ilə danışıqlara başlamağa məcbur edəcəklər. Jurnalistlərin fikrincə, hadisələrin bu cür inkişafının səbəblərindən biri Avropa dövlətləri arasında Kiyevə hərbi yardımı artırmaq üçün dəqiq planın olmaması ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN