ABŞ prezidenti Co Baydenin administrasiyası danışıqların uğursuzluğuna görə İsrailin baş naziri Binyamin Netanyahunu günahlandıracaq və Qəzza təkliflərini rədd edərsə, tərəfdarlarına qarşı addımlar atacaq.

Tezadlar.az bu barədə “Haaretz”-ə istinadən xəbər verir.

Cümə axşamı, avqustun 15-də Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə danışıqlar Dohada bərpa olunmalıdır. “Haaretz” xəbər verir ki, görüşdən əvvəl ABŞ razılaşmanı həyata keçirmək üçün bütün tərəflərə təzyiq göstərməyə davam edir. Nəşr iddia edir ki, Ağ Ev indi atəşkəsi birbaşa İran və “Hizbullah”ın İsrailə qarşı planlaşdırdığı “qisas hücumunun” təxirə salınması ilə əlaqələndirir.

Nəşrin yazdığından məlum olur ki, Bayden administrasiyası İsrail və HƏMAS-a təklif irəli sürə bilər, onlardan əlavə sövdələşmədən “hə” və ya “yox” cavabı tələb olunacaq. Netanyahu təklifdən imtina edərsə, ABŞ nəinki danışıqların uğursuzluğunda onu günahlandıracaq, həm də İsrail hökumətindəki radikal sağa qarşı addımlar atacaq. Söhbət HƏMAS-la sövdələşməyə qarşı çıxan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçdən gedir.

HƏMAS nümayəndələri bundan əvvəl İsrailin müharibəni davam etdirdiyi və danışıqları ciddi qəbul etmədiyi üçün avqustun 15-də keçiriləcək görüşdə iştirak etməyəcəklərini bildirmişdilər. HƏMAS razılaşmaların həyata keçirilməsi üçün planı olan “yol xəritəsi” görmək istədiklərini vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN