Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Ucar Gənclər Evi və Ucar Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Ucar Gənclər Evinin direktoru Kazım Məmmədov və Ucar Gənclər və İdman sektorunun əməkdaşı Mirmehdi Heydərov çıxış ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb. Radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri olduqca vacibdir.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN