Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etmək niyyətindədir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, o, bunu Türkiyə parlamentinin növbədənkənar iclasında bildirib.

"Başqa seçimimiz yoxdur, ona görə də mən və Fələstin Milli Administrasiyasının digər üzvləri Qəzzaya və ondan sonra Qüdsə səfər etmək qərarına gəldik", - o deyib.

Abbas həmçinin dünya liderlərini və BMT baş katibini Qəzzaya səfər etməyə və Fələstin rəhbərliyinin oraya girişini təmin etməyə çağırıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə Fələstin prezidenti Mahmud Abbas arasında danışıqlar başa çatıb.

Politoloq Boris Mejuyevin fikrincə, dövlət liderlərinin görüşü Yaxın Şərqdə müəyyən vasitəçi çatışmazlığının olduğu bir vaxtda baş tutub. Onun sözlərinə görə, Rusiya ilə Fələstin arasında sıx əlaqə ABŞ-ın vicdanlı broker kimi çıxış etməsini mümkünsüz edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN