Şənbə günü Leypsiq yaxınlığındakı əyləncə parkında dönmə çarxında baş verən yanğın zamanı onlarla insan xəsarət alıb.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Yanğın axşam saat 9 radələrində başlayıb. Bu zaman şəhərin indie rok musiqi Highfield Festivalına ən azı 30 min tamaşaçı toplaşıb.

Almaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, insident nəticəsində 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməli olub, qalanlarına isə ambulator şəraitdə yardım göstərilib. Qurbanlar arasında həkimlər və polis əməkdaşları da var.

“Hazırda yanğının səbəbləri barədə məlumat yoxdur. Hadisə yerində yanğının baş vermə səbəblərini müəyyənləşdirmək üçün cinayət-axtarış əməkdaşları işləyir, yanğınla mübarizə üzrə mütəxəssislər də cəlb olunub. Hazırda yanğın baş verən ərazi bağlıdır”, - deyə Leypsiq polisinin sözçüsü Jozefin Sader bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN