Hindistan Xarici İşlər Nazirliyi baş nazir Narendra Modinin Ukraynaya səfərini təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS ölkədə akkreditə olunmuş jurnalistlərə göndərilən məlumata istinadən yazır.

Diplomatik departamentin avqustun 19-da “baş nazirin Polşa və Ukraynaya səfərlərinə həsr olunmuş” xüsusi brifinq keçirəcəyi qeyd olunur. Səfər tarixləri açıqlanmayıb.

İyulun sonunda Kiyev Hindistanın baş naziri Narendra Modini avqustun 24-də qeyd olunan ölkənin Müstəqillik Günündə Ukraynaya səfərə dəvət edib. Bundan əvvəl Modinin avqustun sonunda Ukraynaya səfər etməyi planlaşdırdığı bildirilirdi.

Dehlinin diplomatik dairələrindəki mənbələr bu məlumatı təsdiqləyiblər və Hindistanın hökumət başçısının Kiyevə səfərinin həqiqətən də avqustda baş tutacağını bildiriblər.

Qeyd edək ki, iyulun 8-də Narendra Modi Moskvaya rəsmi səfər edib. Bu, onun 2019-cu ildən bəri Rusiyaya ilk səfəri və yenidən seçildikdən sonra ilk xarici səfəri idi. Rusiya prezidenti Vladimir Putinin Novo-Oqarevodakı iqamətgahında qeyri-rəsmi görüşdən sonra hər iki ölkənin liderləri Böyük Kreml sarayında danışıqlar aparıblar.

Bundan əvvəl Zelenskinin ofisinin rəhbəri Kiyevdə ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN