Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ona göstəriş verməsəydi, Kursk bölgəsinə hücum etmək qərarına gəlməzdi.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının “Moskva Putin” verilişinə verdiyi şərhdə bildirib.

Fraqmenti aparıcı Pavel Zarubin öz Telegram kanalında yayımlayıb.

“Hər kəsə aydındır ki, Zelenski heç vaxt bunu etmək qərarına gəlməzdi və bu, təbii ki, Zelenskinin indi öyündüyü kimi, bufer zonası yaratması və Rusiya dövlətinə ziyan vurması ilə bağlı qərarıdır. Əgər ABŞ ona göstəriş verməsəydi, heç vaxt bu barədə qərar verməzdi”, - Rusiya XİN rəhbəri bildirib.

O qeyd edib ki, hərbi vəziyyəti Müdafiə Nazirliyinin rəhbərliyi qiymətləndirilir və mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinə regiondakı vəziyyətlə bağlı hesabat verir.

"Məsələnin xarici siyasət tərəfinə gəlincə, oğrunun papağı artıq çoxdan yanıb", - diplomatik idarənin rəhbəri vurğulayıb. O, həmçinin qeyd edib ki, Ukrayna tərəfinin Kursk bölgəsinə bu hücuma kimin icazə verdiyi ilə bağlı bəhanələri “körpə söhbətinə” bənzəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN