Naxçıvan Şəhər Polis İdarəsinin  əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Vicay Abdurreyimov  müəyyən olunaraq saxlanılıb.

Tezadlar.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı onun daxil olduğu evdən 650 manat oğurladığı müəyyən edilib.

 Faktla bağlı araşdırmalar aparılır.

***

Paytaxt sakini olan bir nəfər qadın 1600 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Qaçayev və N.Ağaşov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

***

Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlə paytaxt ərazisində yerləşən mağazalardan birindən 1106 manatlıq spirtli içki oğurlayan C.Məcidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Sumqayıt şəhərində yerləşən marketlərdən birindən 324 manat dəyərində oğurluq edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

***

Paytaxtın Sabunçu rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs gecə saatlarında marketlərdən birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

***

Paytaxt sakini olan bir nəfər Nizami rayonunda yerləşən işlədiyi obyektdən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə polisə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş P.Qaraşov və T.Abuşova saxlanılıblar.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

***

Paytaxtın Binəqədi rayonunda yerləşən evlərin birindən 1200 manatın oğurlanması barədə zərərçəkən şəxs polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən N.Qəhrəmanova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırmalar aparılır.

***

Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.

Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN