"Meliya adi bir xuliqandır, bütün fəaliyyəti məhv etməklə məşğul olan bir siyasi partiyanın nümayəndəsi və lideridir".

Gürcüstan KİV-nin məlumatına görə, bunu Kaxa Kaladze ötən gün baş verənləri şərh edən zaman deyib. Kaladzenin sözlərinə görə, Meliya hər zaman sabitliyi pozmağa çalışan biridir: "Xüsusən seçkilər dinc şəraitdə keçirilərkən, həmişə bəzi təxribatlar etməyə çalışırlar, amma uğur qazana bilmirlər. Məsuliyyətə gəlincə, təkcə iqtidar deyil, hər kəs məsuliyyətini dərk etməlidir. Müxalifətdə həmçinin, çünki onlar da siyasi sahədədirlər və buna görə də belə təxribatlar qəti şəkildə qəbuledilməzdir. Bütün siyasi partiyaların seçkiləri dinc şəraitdə keçirmək, qarşıdurma yaratmadan əhali ilə görüşmək imkanı var", - deyə Kaladze bildirib.

Xatatırladaq ki, ötən gün hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze və müxalif “Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Meliya arasında qarşıdurma yaşanıb.

İnsident Tbilisidə Avropa İttifaqının ofisinin qarşısında baş verib. İnsidentə səbəb, iki gün öncə Dmanisidə baş vermiş qarşıdurma zamanı müxalifətin 2 üzvünün yaralanması olub. Partiya sədrləri Avropa İttifaqının ofisinin qarşısında ilk öncə müsahibə veriblər, ardından Nika Meliya İrakli Kobaxidzenin yanına gedib, bu zaman Dmanisidə baş verən hadisədə müxalifəti təxribatda günahlandırdığını xatırladıb və ona vicdansız, namussuz və İvanişvilinin qulu olduğunu deyib. Nika Meliyaya cavab olaraq isə İrakli Kobaxidze, müxalifətçini təxribatda ittiham edərək onu ağılsız, çirkli və xuliqan adlandırıb. 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN