2022-ci ildə planetin ən yaşlı insanı olan Maria Branas Morera 117 yaşında vəfat edib.

Tezadlar.az bildirir ki, bu barədə avqustun 20-də mərhumun yaxınları X sosial şəbəkəsində məlumat veriblər.

“Maria Branas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, ağrısız”, - məlumatda deyilir.

Amerika Gerontoloji Tədqiqat Qrupu (GRG) və LongeviQuest tərəfindən yüzillik yaşı olduğu təsdiqlənən Maria Brañas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Juniewicz-in ölümündən sonra planetin ən yaşlı yaşayan insanı oldu.

Martın 4-də Maria Branas Morera 117 yaşını qeyd edib. Qadın İspaniyanın Girona şəhərində qocalar evində yaşayırmış. Halbuki ispan qadının üç övladı və 11 nəvəsi var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN