Rusiyanın Su-34 bombardmançı təyyarəsi FAB-500 yüksək partlayıcı bombadan istifadə edərək, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsi və texnikasını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aerokosmik Qüvvələrin Su-34 çoxfunksiyalı aviasiya kompleksinin ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus canlı qüvvə və zirehli texnikanın cəmləşdiyi yerə zərbələr endirib. Zərbə universal planlaşdırma və korreksiya modulu olan hava bombalarından istifadə edilməklə kəşf edilmiş möhkəmləndirilmiş düşmən hədəflərinə qarşı həyata keçirilib. Kəşfiyyatdan Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin və zirehli texnikasının məhv edilməsi barədə təsdiqi alan ekipaj sağ-salamat uçuş aerodromuna qayıdıb”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

Agentlik FAB-500-dən istifadə edərək döyüşün görüntülərini də nümayiş etdirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN