Rusiya hərbçiləri Kursk vilayətinin Kamışevka ərazisində Ukrayna Silahlı Qüvvələrinin (USQ) diversiya-kəşfiyyat qrupunu (DKQ) məhv ediblər. Ukrayna tərəfi beş nəfəri və bir avtomobilini itirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya ərazisinin dərinliklərinə nüfuz etməyə cəhd edən Ukrayna Silahlı Qüvvələrinin təxribat qruplarının meşələrdə aşkar edilərək məhv edilməsi üzrə kəşfiyyat və axtarış əməliyyatları davam edir. Kamışevka qəsəbəsi ərazisində düşmənin təxribat-kəşfiyyat qrupu aşkar edilərək məhv edilib. Düşmən itkisi 5 nəfər və bir texnika olub”, - məlumatda bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN