Yol polisi qəza barədə məlumat yayıb

Sürücü səhlənkarlığı yolda hər zaman ciddi təhlükədir. Görülən tədbirlərə, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Ötən gün saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir. “Sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir”, - deyə məlumatda bildirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN