Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları  xeyli miqdarda dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İstanbul – Bakı aviareysi  ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl və baqaj yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin şəxsə məxsus baqaj çantasından gömrük orqanlarına bəyan edilməyən 5 adda 780 ədəd dərman vasitəsi, 1200 ədəd  siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN