ABŞ oktyabrda keçiriləcək seçkilərdə Gürcüstanın hakim partiyasının qələbəsinin baş verməməsi üçün çalışır.

Rusiya Xarici Kəşfiyyat Xidməti  yaxın gələcəkdə ABŞ-ın  Gürcüstan rəhbərliyinə təzyiqləri artıracağını və parlament seçkilərinin nəticələrinin tanınmamasına hazırlaşdığını bildirib.

 “Amerikalılar Gürcüstanda rəngli inqilab hazırlayırlar. Onlar “Tbilisi Maydan”ında səsvermə zamanı “saxtakarlığa dair sübutlar”ı ictimailəşdirməyi, seçkilərin nəticələrinin tanınmadığını elan etməyi və hökumətin dəyişdirilməsini tələb etməyi planlaşdırırlar. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - XKX-nin mətbuat bürosundan bildirilib.

 Gürcüstan parlamentinə seçkilər oktyabrın 26-na təyin edilib, hakim "Gürcü arzusu" partiyasının konstitusiya çoxluğunu - 150 mandatdan 113-nü alacağını gözləyir. Bundan sonra müxalifətin konstitusiyaya zidd elan edilməsi planlaşdırılır və Gürcüstan parlamenti birpartiyalı ola bilər.

 “Amerikalılar “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər” – XKX.

 TEZADLAR.AZ TASS-a istinadən xəbər verir ki, Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton tezliklə Gürcüstanın hakim partiyasının rəhbərliyinə və partiyanın sponsorlarına qarşı da şəxsi sanksiyaları artıracaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN