İkinci Qərb Dairə Hərbi Məhkəməsi insanların ölümü ilə nəticələnən dörd terror cinayətini təşkil etməkdə təqsirləndirilən Ukrayna Silahlı Qüvvələrinin 27-ci raket-artilleriya briqadasının komandiri, polkovnik Dmitri Xrapaçın cinayət işinə qiyabi baxmağa başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

"Məhkəmə Xrapaçın cinayət işinə qiyabi baxılmasına başlamağı mümkün hesab edir", - hakim Roman Vladimirov bildirib.

Məhkəmə iclasında oxunan işin materiallarından məlum olub ki, Xrapaç Belqorod vilayətinə raket zərbələri endirmək üçün qəsdən cinayət xarakterli göstərişlər verib, nəticədə, insanlar həlak olub və yaralanıb, əmlaka ziyan dəyib. İstintaq müəyyən edib ki, Xrapaç dövlət orqanlarında sabitliyi pozmaq məqsədi ilə dörd terror aktı törədib.

Bir il əvvəl DXR Ali Məhkəməsi Xrapaçı çoxsaylı raket sistemlərindən istifadə etməklə Donetskin Kiyevski rayonunu atəşə tutmaqda təqsirli bilib. Sonra xüsusi rejimli koloniyada çəkilməsi üçün qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmədə birinci işə baxılarkən müəyyən edilib ki, 2022-ci il dekabrın 30-da Xrapaç Konstantinovkada döyüş mövqelərində olarkən Donetskin Kiyev rayonuna MLRS-dən atəş açıb. “Viktoriya” otel kompleksinə 6 raketin düşməsi nəticəsində orada yaşayan 42 yaşlı hərbi müstəntiq həlak olub, kompleksin binasına ciddi ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN