Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi avqustun 27-də Kursk AES-ə baş çəkərək, ərazidəki vəziyyəti şəxsən qiymətləndirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə təşkilatın saytındakı press-relizdə deyilir.

“Kursk Atom Elektrik Stansiyasının yaxınlığında baş verən yeni hadisələr və artan hərbi fəallıq fonunda mən vəziyyəti diqqətlə izləyirəm, xüsusən də stansiya ilə bağlı vəziyyət daim dəyişir. Sabah stansiyada baş verənləri öz gözümlə görməyim və Kursk AES-in fiziki və nüvə təhlükəsizliyi şərtlərini qiymətləndirmək üçün tələb oluna biləcək gələcək hərəkətlərin üsullarını müzakirə etməyim vacibdir”, - Qrossi bildirib.

Onun sözlərinə görə, silahlı münaqişələr zamanı nüvə təhlükəsizliyi prinsipləri, eləcə də xüsusi olaraq Zaporojye AES üçün hazırlanmış prinsiplər Kursk AES-ə də tətbiq oluna bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN