FTX sərhədi keçərək Sudjaya qanunsuz daxil olan ukraynalı və alman jurnalistlərə qarşı cinayət işi açıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən  məlumat verilib.

“Rusiya Federal Təhlükəsizlik Xidməti Almaniyanın “Deutsche Welle” (DW, Rusiya Federasiyasında xarici agent kimi tanınan) yayım korporasiyasının jurnalisti Konnolli Nikolas Saymon və Ukraynanın 1+1 telekanalının müxbiri, Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçən və Kursk vilayətinin Sudja qəsəbəsi ərazisində videoçəkiliş aparan Natalya Viktorovna Naqornaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıb və araşdırır”, - FTX qeyd edib. Maddənin sanksiyasında beş ilədək həbs cəzası nəzərdə tutulub.

FTX aydınlaşdırıb ki, avqustun 17-dən sərhədi qanunsuz keçmək faktı ilə bağlı 7 əcnəbi jurnalistə qarşı cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN