Fransa prezidenti Emmanuel Makron bu messencerin yaradıcısı Pavel Durovun bir müddət əvvəl Parisdə saxlanılmasına baxmayaraq, Telegram-dan fəal şəkildə istifadə edir.

Tezadlar.az xəbər verir ki, “Politico” buna diqqət çəkib.

Fransa parlamentinin keçmiş deputatının sözlərinə görə, telefonunda əlaqə siyahısında dövlət başçısının nömrəsi var. O, prezidentlə Telegram-da yazışıb. Bir gün əvvəl prezidentin profilində onun Telegram-a “bu yaxınlarda” daxil olduğu qeyd edilib. Həmin vaxt sahibkarın həbsindən üç gün keçmişdi.

Nəşr yazır ki, Makron prezidentliyinin əvvəlindən messencerdən fəal şəkildə istifadə edir. Nəşr bildirir ki, təxminən on il sonra tətbiqdən Fransa hökumətinin üzvləri, müxtəlif rütbə və partiyaların siyasətçiləri istifadə edirlər.

Fransa mediası bundan əvvəl Durovun avqustun 24-də Paris ətrafındakı Le Burje hava limanında saxlanıldığını bildirmişdi. Fransa vətəndaşlığı olan Telegram-ın təsisçisinin ölkədə axtarışda olanlar siyahısında olduğu iddia edilir. Durov barəsində həbs qətimkan tədbiri seçilib. Paris prokurorluğunun məlumatına görə, Durovun dindirildiyi məhkəmə istintaqı adı açıqlanmayan şəxsə qarşı çoxsaylı kibercinayətlər törətdiyinə görə başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN