Türkiyənin Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlik Pakistanda baş verən terror aktı ilə bağlı bəyanat yayıb.
Bəyanatda hücumun qınandığı bildirilib və həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə dərin hüznlə başsağlığı verilib.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib:“Türkiyə terrorla mübarizə məsələsində dost və qardaş Pakistan hökuməti və xalqı ilə həmrəydir''.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yolu bağlayan silahlılar sərnişin avtobusları və yük maşınlarına hücum edib. Hücum nəticəsində 23 sərnişin həyatını itirib, 10 avtomobil yandırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN