Rusiyada İnsan Hüquqları üzrə Müvəkkilinin ofisinin əməkdaşları Tatyana Moskalkova Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Kursk vilayəti üzrə regional bölməsinin nümayəndəsi ilə görüşüb və axtarışda olan mülki şəxslərin siyahılarını QXC-yə təhvil veriblər.

Tezadlar.az xəbər verir ki, Moskalkova bu barədə öz Telegram kanalında yazıb.

“Biz ailənin birləşdirilməsi ilə məşğuluq. Kursk vilayətinin sakinlərinin axtarışı məsələlərini müzakirə etdik. Onlar bizə qohumlarının axtardığı şəxslərin siyahılarını veriblər”, - məlumatda deyilir.

Həmçinin, Moskalkova ofisinin əməkdaşları Kursk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili və Şiqri şəhərinin rəhbəri ilə birlikdə müvəqqəti məskunlaşma mərkəzlərindən birində yaşayanlara humanitar yardım təhvil veriblər. Digər müvəqqəti saxlama təcridxanasında isə Rusiya Hüquqşünaslar Assosiasiyasının nümayəndələri ilə birlikdə vətəndaşlar üçün qəbul keçiriblər.

"Yaşayış şəraiti ilə bağlı heç bir şikayət olmayıb", - deyə Moskalkova yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN