Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Telegram-ın yaradıcısı Pavel Durovun işi ilə bağlı Fransa ilə əlaqə saxlayır, çünki o, onların vətəndaşıdır.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

“BƏƏ öz vətəndaşlarının rifahını birinci yerə qoyur, onların maraqlarını qoruyur və onlara yardım göstərir. Biz bu işlə bağlı Fransa hakimiyyəti ilə və Pavel Durovun nümayəndələri ilə əlaqə saxlayırıq”, - deyə xarici siyasət idarəsi qeyd edib.

BƏƏ Xarici İşlər Nazirliyi də Durovu öz vətəndaşı hesab etdiklərini vurğulayıb. Ona görə də onu qorumağı özlərinə borc bilirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN