Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının  (ABADA) səlahiyyətli nümayəndələri və beynəlxalq daşımalarda iştirak edən şirkətlərin təsisçiləri ilə onlayn formatda  görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə  beynəlxalq yükdaşımaların asan və sürətli  şəkildə reallaşdırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin təkmilləşdirilməsi, bu istiqamətdə rəqəmsal həllərin genişləndirilməsi ilə bağlı gömrük sistemində tətbiq edilən yeniliklər barədə məlumat verilib.

Həmçinin Dövlət Gömrük Komitəsinin rəqəmsal həllərə və süni intellektə əsaslanan “ÖZÜNET” və “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS)  layihələrindən, məmnunluğun, xidmətlərin əlçatanlığının artırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi və könüllü riayət prinsipinin  təşviq edilməsində bu layihələrin rolundan bəhs olunub.

Sonda daşıyıcı şirkətlərin nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA