Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində ponton körpüsünə hava bombası atması nəticəsində 3 nəfərdən ibarət ailənin yaralanması, bir kişinin öldüyü, qadın və uşağın taleyi məlum olmayandan sonra müstəntiqlər cinayət işi açıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“RF MK-nın Baş Hərbi İstintaq İdarəsi Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin 831-ci Taktiki Aviasiya Briqadasının hərbi qulluqçularına qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətlər (üç nəfərin öldürülməsi, bir qrup şəxs tərəfindən siyasi səbəblərə görə qabaqcadan əlbir olaraq ümumi təhlükəli şəkildə törədildikdə) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsi (bir şəxsin qəsdən ölümünə səbəb olan terror aktı) ilə cinayət işi açıb”, - məlumatda deyilir.

İstintaqın məlumatına görə, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin Qluşkovski rayonunda Seym çayı üzərində quraşdırılmış ponton körpüsünə idarə olunan aviabomba atıblar. Hadisə nəticəsində mülki avtomobillə səyahət edən 3 nəfərlik ailə yaralanıb. Kişi aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib, arvadı və qızının yeri müəyyənləşdirilir. Hadisə yerində olan daha bir mülki şəxs də yaralanıb və ona tibbi yardım göstərilir.

“Hərbi müstəntiqlər bu cinayətlərin törədilməsində iştirak edən Ukrayna silahlı birləşmələri arasından olan şəxslərin müəyyən edilməsinə yönəlmiş tədbirlər görürlər”, - Baş Hərbi İstintaq İdarəsi bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA