Abxaziya Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üzrədir.

Tezadlar.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Şamba bildirib.

Onun sözlərinə görə, BMT-yə üzv olmaq Abxaziyanın “son məqsədidir”.

“Bu, ölkəmizin beynəlxalq aləmdə geniş şəkildə tanınması üçün prosesin özünün əsas məqsədidir. Bütün bunlar məntiqi olaraq bir-biri ilə bağlıdır. Təbii ki, biz çox gözəl başa düşürük ki, bu, çox çətin prosesdir”, - deyə nazir bildirib.

O qeyd edib ki, Abxaziyanın üzləşdiyi ikili standartlar siyasətini “heç kim ləğv etməyib”.

Diplomat yaxın gələcəkdə respublikanı suveren və müstəqil dövlət kimi tanıyan ölkələrin sayının artacağına ümid etdiyini də bildirib.

Bundan əvvəl Abxaziyanın xarici işlər nazirinin müavini Odissey Biqvava demişdi ki, 2008-ci ilin avqustunda respublikanın müstəqilliyinin Rusiya tərəfindən tanınması tarixi ədalətin təntənəsidir.

Onun sözlərinə görə, 16 il ərzində dövlətlərarası Abxaziya-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə çatıb.

Bundan əvvəl Medvedev Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasının səbəblərindən danışıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN