Moskvada məhkəmə Fransa vətəndaşı Loran Vinatyenin (Rusiya Federasiyasında xarici agent kimi tanınan) həbs müddətini fevralın 21-dək uzadıb. Müddətin uzadılması ilə bağlı qərarı Zamoskvoretski məhkəməsinin hakimi verib, - Tezadlar.az TASS-a istinadən xəbər verir.

Loran Vinatye iyunun əvvəlində Moskva restoranlarından birində saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, o, bir neçə il ərzində xarici agentlərin reyestrinə daxil olmaqdan yayınıb və lazımi sənədləri təqdim etməyib.

FTX-nin məlumatına görə, fransız İsveçrə Humanitar Dialoq Mərkəzinin əməkdaşıdır. Bu təşkilat özəl diplomatiya yolu ilə “silahlı münaqişələrin qarşısının alınması və həlli” ilə məşğul olduğunu iddia edir.

Bununla belə, əslində mərkəzin əməkdaşları ölkədəki vəziyyətlə bağlı “həssas məlumatlar” toplayırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN