Türkiyənin hansı bloklara qoşulacağına qərar vermək hüququ var. Bu ölkə Avropa İttifaqına üzv olmaq üçün namizəd olmaqda davam edir.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

Belə ki, o, Ankaranın BRİKS-ə qoşulmaq planları ilə bağlı yayılan xəbərlərə cavab verib. Stano-nun sözlərinə görə, Türkiyə də “hər bir ölkə kimi, onun üçün nəyin daha yaxşı olduğuna qərar verə, ittifaqlar və ya əməkdaşlıq qura bilər”.

O, Avropa İttifaqı ilə Türkiyə arasında ümumi gömrük ittifaqının fəaliyyətinə diqqət çəkib. Stano həmçinin Ankara üçün “yaxşı və çox faydalı” ticarət əlaqələrinə işarə edib.

Türkiyənin BRİCS-ə qoşulmaq üçün ərizə verməsi barədə məlumatlı mənbələrə istinadən dünən Bloomberg məlumat yayıb. Bildirilib ki, bu addım Türkiyə tərəfinin dünyada nüfuzunu gücləndirmək, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirmək istəyidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN