Vladimir Zelenski Ukrayna hökumətindəki bir sıra istefaları 2024-cü ilin payızının Kiyev üçün “son dərəcə vacib” olacağı ilə əlaqələndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Zelenski növbəti çıxışında danışıb.

Bundan əvvəl Ukraynanın 6 naziri - xarici işlər naziri Dmitri Kuleba, baş nazirin müavinləri İrina Vereşçuk və Olqa Stefanişina, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi naziri Ruslan Strelets və strateji sənaye naziri Aleksandr Kamışin istefa verib.

“Payız Ukrayna üçün son dərəcə əhəmiyyətli olacaq. Bizim dövlət institutlarımız elə konfiqurasiya edilməlidir ki, Ukrayna bizə lazım olan bütün nəticələri əldə etsin”, - deyə Zelenski bu istefaları izah edib.

O əlavə edib ki, "hökumətdə müəyyən sahələri" gücləndirmək istəyir. Zelenski ofisində də dəyişiklikləri açıqlayıb. O, Ukraynanın “xarici və daxili siyasətinin müəyyən sahələri üçün bir qədər fərqli çəki” gözlədiyini bildirib.

Zelenski vurğulayıb ki, Ukraynada müdafiə istehsalının artırılması, o cümlədən tərəfdaşlarından investisiyaların cəlb edilməsi yolu ilə artırılmalıdır. O, həmçinin bildirib ki, hökumət NATO ilə işini gücləndirməli və üzvlüklə bağlı Aİ ilə “real danışıqlara” getməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN