Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

TEZADLAR.AZ xəbər verir ki, KİV-in məlumatına  görə, Xalq artistinin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

"Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir

Xatırladaq ki, videogörüntülərdən də məlum olduğu kimi,  Ağadadaş Ağayev yuxarıda adı çəkilən klinikada mübahisə etdiyi mühafizəçiyə, sonradan balta ilə qayıdaraq ona sarı tullayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. 

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN