Rusiya hərbçiləri Kursk vilayətində Korenev istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrini yandırır.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov məlumat verib.

“Bizim sağ tərəfimizə, Korenev istiqamətinə demək istəyirəm ki, həmin ərazidə uşaqlar çox yaxşı müdafiə xətti qurublar, onları içəri salıblar, düşməni ciddi şəkildə yandırırlar ”, - o, Telegram kanalında yayımlanan videoda bildirib.

O əlavə edib ki, ümumilikdə Kursk istiqamətində Rusiya Silahlı Qüvvələri hər gün düşməni məhv edir. “Düşmən hər gün bura daha çox qüvvə gətirir, uduzur, çox ağır itkilər verir və heç nə onun xeyrinə olmur”, - o qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN