Avqustun 30-da Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində bir nəfərin bank kartından 55 manatını oğurlamaqda şübhəli bilinən 21 yaşlı C.Abbasov, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sentyabrın 12-də şəhər ərazisində bir nəfərin bank kartından 91 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı A.Bəbirov və 22 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN