Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

TEZADLAR.AZ xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.

Bu proses bu gün başa çatıb. Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. Bu seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.

6 433 184 nəfər seçici siyahılarına daxil edilib, 2 395 510 nəfər səs verib. Parlament seçkilərində seçici fəallığı 37,24% olub.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN