Ukrayna məhkəməsi Xerson vilayətinin qubernatoru Vladimir Saldoya Xerson Postunun yaradılmasına yardım etdiyinə görə qiyabi olaraq yeni 15 il həbs cəzası verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Artıq Ukraynada Saldoya qarşı dəfələrlə müxtəlif ittihamlar irəli sürülüb.

O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısına salınıb.

2023-cü ilin noyabrında Odessa məhkəməsi onu əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

Avqust ayında Ukrayna hakimiyyəti qiyabi olaraq Rusiya vilayətinin qubernatoruna qarşı daha bir ittiham irəli sürüb - “təxminən 3 min ton Ukrayna taxılının oğurlanması”.

Ukrayna Baş Prokurorluğunun Telegram-kanalında yayılan mesajda deyildiyi kimi, bu dəfə Saldo və Xerson Postunun yaradılmasında iştirak etmiş daha 6 nəfər əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək həbs cəzasına məhkum ediliblər.

2022-ci il sentyabrın sonunda Ukrayna Təhlükəsizlik Xidməti Saldonu qiyabi olaraq Xerson vilayətində sakinlərin böyük əksəriyyətinin bölgənin Rusiya Federasiyasına birləşməsinə səs verdiyi referendumun təşkilində əməkdaşlıqda ittiham edib. 2023-cü ilin avqustunda Ukrayna hakimiyyəti Saldonun aktivlərinin müsadirə olunduğunu elan edib.

Həmin ilin oktyabrında Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində fəaliyyət göstərən Ukrayna prokurorluğu Saldoya qarşı yeni ittihamlar irəli sürüb - Ukraynanın "qanunla nəzərdə tutulmayan silahlı qruplaşma" adlandırdığı regional təhlükəsizlik xidmətini maliyyələşdirməkdə".

Qubernator özü dəfələrlə vurğulayıb ki, onun üçün Kiyevin ittihamları “praktik və hüquqi baxımdan əhəmiyyətsizdir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN