Xalq artisti Ağadadaş Ağayev bank tərəfindən məhkəməyə verilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə KİV-də məlumat yayılıb.

Məlumata görə, A.Ağayev bu dəfə “Dəmir Bank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən  banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib. Nəticədə əhkəmə  Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb. Həmin vəsaitin 50 min manata yaxın olduğu deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ağadadaş Ağayev qalmaqal yaşadığı “Medera Hospital”ı məhkəməyə verib.

 Xalq artistinin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

"Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir

Həmin videogörüntülərdən də məlum olduğu kimi,  Ağadadaş Ağayev yuxarıda adı çəkilən klinikada mübahisə etdiyi mühafizəçiyə, sonradan balta ilə qayıdaraq ona sarı tullayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. 

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN